Gənclər və idman naziri Fərid Qayıbov iyunun 10-da Lənkəran, Lerik və Astara rayon sakinlərini qəbul edib
Astara Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Gənclər və idman naziri Fərid Qayıbov iyunun 10-da Lənkəran, Lerik və Astara rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Astara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Astara Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.