“Gənclər Platformasının 2-ci baş assambleyası” adlı tədbir təşkil edilib
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmi nümayəndələri və gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclər Platformasının 2-ci baş assambleyası” adlı tədbir təşkil edilib.
Lənkəran Türk dünyasının “Gənclər Paytaxtı”na ev sahibliyi etdi.
Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran - Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verildi.
Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmi nümayəndələri və gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclər Platformasının 2-ci baş assambleyası” adlı tədbir təşkil edilib.
Hər il Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən bir şəhər “Gənclər Paytaxtı” seçilir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edilir. Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Azərbaycanın Lənkəran şəhəri Türk dünyasının 3-cü “Gənclər Paytaxtı”na ev sahibliyi edib.
Qeyd edək ki, bundan öncə Türk dünyasının ilk “Gənclər Paytaxtı” Özbəkistanın Buxara şəhəri, ikinci dəfə isə Türkiyənin İstanbul şəhəri olub.
Tədbirdə dövlət rəsmiləri, Türk Dövlətləri Təşkilatının katibliyi (TDT), TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 6 ölkədən 50-dən çox gənc iştirak edib.