Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır
1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.
10 may 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarənin, Lənkəran Olimpiya İdman Kompleksinin, Lənkəran Gənclər Evinin, Lənkəran şəhər Tibbi- Bədən Tərbiyəsi Dispanserinin əməkdaşları, rayonun idman ictimaiyyətinin, gənclər təşkilatlarının nümayəndələri, könüllülər və gənclər Lənkəran şəhərində Heydər Əliyevin adının daşıyan xatirə parkına gələrək dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzdülər.
Onlar Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdilər.
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. 1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti fəlakətlərdən qurtardı.
Bu gün regionumuzun gəncləri Ulu Öndərin siyasi iradəsiylə xilas olmuş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə daim inkişaf edən Qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyurlar.