“Heydər Əliyev İrsi və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İrsi və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi.
“Heydər Əliyev İrsi və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi.
01 may 2024-cü il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin hazırladığı “Heydər Əliyev İrsi” adlı tədbirlər planına əsasən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İrsi və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirildi.
Tədbirdən əvvəl Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədri və partiya fəalları, gənclər təşkilatının üzvləri, könüllülər Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzdülər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir açıq elan edildikdən sonra Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək gənc nəslin düzgün formalaşmasında ölkə siyasətinin önəmli yer tutduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin öz siyasətində daim gənclərə qayğı ilə yanaşdığını, rəhbərliyə gəldiyi ilk gündən gənclərin himayədarı kimi onların yetişməsində misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırdılar. Bu günkü Azərbaycan gəncliyinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün qarşısının alınması məqsədilə başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlardan danışdılar.
Çıxış edən gənclər fəxr hissi ilə qeyd etdilər ki, onlara dövlət səviyyəsində olan inam və etimad günü gündən artmaqdadır və buna görə ölkə Prezidentinə minnətdardırlar. Daim Heydər Əliyev ideyalarına sadiq qalaraq üzərlərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Tədbirdə 250 nəfər iştirak etdi.