Lənkəran Gənclər Paytaxtı 2024 çərçivəsində “Şokolad Festivalı” keçirildi
04-05 may 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Dosa Mall-un birgə təşkilatçılığı ilə Dosa Mall Ticarət Mərkəzində “Şokolad Festivalı” keçirildi.
Lənkəran Gənclər Paytaxtı 2024 çərçivəsində “Şokolad Festivalı” keçirildi.
04-05 may 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Dosa Mall-un birgə təşkilatçılığı ilə Dosa Mall Ticarət Mərkəzində “Şokolad Festivalı” keçirildi.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin gənclər üçün sosial, humanitar və iqtisadi sahələr üzrə tədbirləri davam edir. İctimai həyatın bütün sahələrində iştirak edən region gənclərinin sahibkarlıq və məşğulluq imkanlarının artırılması, eyni zamanda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması məqsədi ilə keçirilən növbəti layihə də bu məqsədi daşıyır.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və Dosa Mall Ticarət Mərkəzinin rəhbəri Arif Həsənov giriş sözü ilə çıxış edərək Gənclər Paytaxtı Lənkəranda keçirilən növbəti böyük tədbirdə gəncləri salamladı.
Onlar qeyd etdilər ki, bu gün ölkəmizdə yaradılmış ictimai siyasi sabitlik iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə səmərəli şərait yaradıb. Ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən gənc sahibkarlara lazımi diqqət və qayğı göstərilir. Ölkəmizdə onların formalaşması üçün mövcud imkanlardan istifadə, yaradılan şərait bu gün sahibkarların inkişafına daha böyük təkan verir.
Gənclər üçün inkişaf etdirici mühit yaradan növbəti tədbirdə region gəncləri ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən olan gənclər, habelə 10-a yaxın Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları iştirak etdilər.
Festivalda şirniyyat, şokolad fabriklərinin istehsal etdiyi çeşidlər nümayiş olundu. Saat 12:00-dən axşam 18:00-dək 2 gün davam edən festivalda gənclər həm də asudə vaxtlarını səmərəli keçirdilər. Sonda festivalda təşkil edilən konsert proqramında gənclər əyləncəli anlar yaşadılar.
Festivalın 2-ci günündə isə gənclər hazırladığı proqramlarla iştirakçılarının qarşısında çıxış etdilər, onların kiçik yaşlı uşaqlarla keçirdiyi şən, əyləncəli oyunlar hər kəsin marağına səbəb oldu.