“Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktiki konfrans keçirildi
“Lənkəran Gənclər Paytaxtı 2024” çərçivəsində “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktiki konfrans keçirildi.
“Lənkəran Gənclər Paytaxtı 2024” çərçivəsində “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktiki konfrans keçirildi.
26 aprel 2024-cü il tarixdə Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktiki konfrans keçirildi.
Tədbirdə Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Universitetinin professor müəllim heyəti və regionun digər ali və orta ixtisas məktəblərindən dəvət olunmuş qonaqlar iştirak etdi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir və mötəbər beynəlxalq tədbir olan COP29un ölkəmizdə keçirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə qeyd etdi ki, Azərbaycan Respublikasında 2024-cü il Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncamın icrası istiqamətində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, o cümlədən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən də əhəmiyyətli tədbirlər həyata keçirir və il boyu bir neçə böyük layihəni ölkənin Gənclər Paytaxtı Lənkəranda keçirilməsi nəzərdə tutulur.
Daha sonra tədbir bölmə iclaslarında davam etdirildi.