Gənclər Paytaxtı Lənkəran şəhərində "Şahin" hərbi-idman oyunu uğurla yekunlaşıb
Hərbi-idman oyununun təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun, milli qürur hissinin yüksəldilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, şanlı zəfər tarixinin təbliğidir.
Aprelin 29-da Gənclər Paytaxtı Lənkəran şəhərində "Şahin" hərbi-idman oyununun Lənkəran-Astara iqtisadi zonası üzrə zona mərhələsi uğurla yekunlaşıb
Hərbi-idman oyununun təşkilində əsas məqsəd yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun, milli qürur hissinin yüksəldilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, şanlı zəfər tarixinin təbliğidir.
Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Lerik, Cəlilabad və Astara rayon komandaları ardıcıl olaraq ilk üç yerə layiq görülüblər.
Qeyd edək ki, bu il oyunun finalı Lənkəran şəhərində keçiriləcək.