“İdman Həftəsi” çərçivəsində Lənkəran şəhərində regionun idman ictimaiyyəti nümayəndələrinin paradı
“5 Mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “İdman Həftəsi” çərçivəsində Lənkəran şəhərində regionun idman ictimaiyyəti nümayəndələrinin paradı keçirildi.
“5 Mart Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar “İdman Həftəsi” çərçivəsində Lənkəran şəhərində regionun idman ictimaiyyəti nümayəndələrinin paradı keçirildi.
05 mart 2024-cü il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhəri Şirəli Axundov küçəsi 7 (4 nömrəli məktəb liseyin qarşısı) ünvanından region idman ictimaiyyətinin nümayəndələri, idman təşkilatları, UGİM, UGİŞM, İK, məşqçi-müəllimlər, idmançılar, könüllü gənlər və region sakinlərinin iştirakı ilə idman paradı start götürüb.
Parad ölkənin idman paytaxtı olan Quba şəhərinə canlı yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil edilir.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Dövlət Himni səsləndirilib.
Nümunəvi çıxışlarda Ağırlıqqaldırma, Boks, Badminton, Şahmat, Futbol, Voleybol, Həndbol, Atletika, Stolüstü tennis, Şahmat, Nərd, Dama, bədii gimnastika, Sərbəst güləş, Yunan-Roma güləşi, Taekvondo, Cudo, Kyokuşin Karate, Karate do, Futbol, Savat, kikboksinq, karate idman növləri sakinlərin böyük marağına səbəb olub.
Daha sonra idmanın inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə məşqçi müəllimlər təltif edilib.
Eyni zamanda “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar "İdman həftəsi" çərçivəsində yeniyetmə və gənclər arasında “Üzgüçülük hamı üçün” yarışının vauçerləri təqdim olunub.