Lənkəran Haqqında
Lənkəran şəhəri
Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 1539 km2-dir. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir. Lənkəran Xəzər dənizi və yamyaşıl Talış dağları arasında yerləşir. Rayonun nadir təbiəti müxtəlifliyi ilə seçilir. Lənkəran qədim liman şəhəridir və uzun müddət qala divarları ilə əhatə olunmuşdu. Flora və fauna aləminin zənginliyinə görə fərqlənən Qızılağac Dövlət Təbiət Qoruğu və Hirkan Milli Parkı da Lənkərandadır. Daha çox köçəri quşların məskən saldığı Qızılağac Dövlət Təbiət Qoruğunun bataqlıqları şimala qədər uzanır. Hirkan Milli Parkı isə cənuba doğru uzanır və qədim dəmirağac, o cümlədən nəsli kəsilməkdə olan Qafqaz bəbirinin vətəni hesab olunur. Region öz sitrus meyvələri və ləzzətli mətbəxi ilə, eləcə də Azərbaycanda çayçılığın mərkəzi kimi tanınır.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Yardımlı iqtisadi rayonlarını əhatə edir
Lənkəran Gənclər Evi
Yaranma: 16 sentyabr, 2010-cu il
Ərazi: 865 kv metr
Mərtəbələrin sayı: 2
Mövcud xidmətlər: Rəqs kursu, dil kursu, kitab klubu, debat klubu, Xan Lənkəran Könüllülər Klubu