Quba - Gənclər Paytaxtı 2014


İnternet səsvermənin nəticələrinə əsasən Quba şəhəri “Gənclər Paytaxtı 2014” seçilmişdir. Səsvermədə 575 minə yaxın insan iştirak etmiş və www.genclerpaytaxti.az saytı vasitəsilə 15 regionun içərisindən Gənclər Paytaxtını seçmişlər.
Gənclər Paytaxtının seçimi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Qələbənin simvolu olan açar Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev tərəfindən Quba şəhər gənclər və idman şöbəsinin müdiri Mustafa Noxbalayevə təqdim edilmişdir.
Xatırladaq ki, “Gənclər paytaxtı” nın seçimi Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilir.
Beləliklə, bu yolla paytaxt seçilmiş regionun gənclərinin öz şəhər və ya rayonlarının ictimai, siyasi və mədəni həyatlarında daha fəal iştirakları təmin edilir. Bundan əlavə, seçilmiş region gənclərin yaradıcılıq idayalarının həyata keçirilməsinə və onların potensiallarının artırılmasına daha böyük diqqət nümayiş etdirir.
“Gənclər Paytaxtı” nın seçimləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, Təşkilat Komitəsi ona təqdimn edilən sənədlər əsasında səsvermədə iştirak edəcək regionların siyasını tərtib edir, ikinci mərhələdə isə internet səsvermə yolu ilə “Gənclər Paytaxtı” seçilir.
Xatırladaq ki, daha öncə “Gənclər paytaxtı” 2012-ci ildə Gəncə şəhəri, 2013-cü ildə isə Biləsuvar rayonu seçilmişdir.


Gəncə - 2016 Avropa Gənclər Paytaxtı seçilib.


Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə Gəncəni rayon icra hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov təmsil edib. Nəticələr açıqlanandan sonra Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic çıxış edərək Gəncə haqda xoş sözlər deyib.
Qeyd edək ki, 2013-cü il Avropa Gənclər Paytaxtı Sloveniyanın Maribor şəhəri, 2014-cü ildə isə Yunanıstanın Saloniki şəhəri seçilib.
Millət vəkili Ceyhun Osmanlı da Gəncənin bu uğuru münasibətilə təbrik statusu yazıb: "Gəncə - 2016 Avropa Gənclər Paytaxtı seçilib. Bu uğurda əməyi olan hər kəsə təşəkkürlər! Təbriklər, Azərbaycan!"


"Gənclər Paytaxtı 2013" elan olundu...

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində 2013-cü ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq səslərin 36 faizini toplayan Biləsuvar rayonu Azərbaycanın "Gənclər Paytaxtı 2013" seçilmişdir. Bakı şəhərində 2 fevral Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "Gənclər Paytaxtı 2013"ün adı rəsmən açıqlanmış, Gənclər Paytaxtının rəmzi açarı Biləsuvar rayonuna təqdim edilmişdir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycanın gənclər paytaxtı”nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.


Layihə haqqında bir neçə söz...


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Azərbaycanın Gənclər Paytaxtı nədir? “Gənclər Paytaxtı” internet səsvermə vasitəsinə əsasən gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur.

Gənclər Paytaxtını necə seçmək olar?

Səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir www.genclerpaytaxti.az. Onu bilmək vacibdir ki, bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər.
Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.
Açıq: səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsi ilə həyata keçirilir.
Şəffaf: hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
Bərabər: yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər Paytaxtının seçilməsində bərabər hüquqla iştirak edir.

Faydalı linklər

 

Əziz gənclər! Aşağıdakı linklər ölkəmizdə və xarici ölkələrdə yaşayan fəal, istedadlı gənclərin fəaliyyətindən, uğur və nailiyyətlərindən bəhs edən irimiqyaslı internet portallarıdır.

Bizimlə əlaqə

 

Əziz gənclər! Məktublarınızı gözləyirik.

Ünvan: AZ-1072, Bakı şəhəri, Olimpiya küçəsi, 4
Tel: (994-12) 465-84-15
E-mail: info@genclerpaytaxti.az